Romada nasazlıq səbəbindən qatarların hərəkəti dayandırılıb


Dəmir yollarında yaranan texniki nasazlıqlar səbəbindən İtaliyanın paytaxtı Roma və ətraflarında şəhərətrafı və şəhərlərarası qatarların hərəkətinin dayandırılması gündəlik həyata mənfi təsir edib.



Yerli vaxtla saat 06.30-da Roma ətrafındakı dəmir yollarında baş verən texniki nasazlıq paytaxtda dəmir yolu nəqliyyatını iflic edib.

Nasazlıq səbəbindən şəhərətrafı xətlərdə və Roma-Neapol, Roma-Milan, Roma-Turin sürət qatarlarında çoxlu gecikmələr və ləğvlər olub.

İtaliya Dövlət Dəmir Yolları (RFI) tərəfindən verilən açıqlamada Roma Termini və Roma Tiburtina stansiyaları arasında əlaqənin kəsilməsi səbəbindən, Romanın mərkəzində dəmir yolu hərəkətinin dayandırıldığı qeyd edilib.

Romanın mərkəzi qatar stansiyası olan Terminidə qatarları göstərən elektron lövhələrdə tez-tez gecikmə xəbərdarlığı görülərkən, qatarların dayanması nəticəsində çoxlu sərnişinin zərər çəkdiyi müşahidə edilib. Xüsusilə səhər işə getmək istəyənlər və ya başqa şəhərlərə səyahət edənlər bu vəziyyətdən mənfi təsirlənib.

Sərnişinlər biletlərinin pulunu geri almaq üçün kassaların qarşısında uzun növbələr yaradıblar.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu