Torpaq sürüşməsi nəticəsində məşhur turizm mərkəzinə gedən qatar relsdən çıxıb


Peruda baş verən torpaq sürüşməsi məşhur turizm məkanı Maçu Pikçuya gedən yük qatarının relsdən çıxmasına səbəb olub.

Perunun "Andina" xəbər agentliyinin verdiyi məlumata görə, Ollantaytambo-Maçu Pikçu stansiyasında baş verən sürüşmə nəticəsində yük qatarı relsdən çıxıb və aşıb.

Dəmiryolu şirkətindən verilən açıqlamada çökmə səbəbilə qatarların hərəkətinin dayandırıldığı bildirilib və əlavə edilib ki, işçi qruplar xidmətləri normal vəziyyətə gətirmək üçün bölgəyə hərəkət edib: "Dəmir yolu xidmətləri yolun bərpası və təmiri ilə əlaqədar müvəqqəti olaraq dayandırılıb”.

Qatarların hərəkətinin dayandırılması səbəbindən ölkənin sevimli turizm məkanı olan Maçu Pikçuya səfərlərin müvəqqəti mümkün olmayacağı bildirilib.

Gündə təxminən 3 min ilə 4 min adamın ziyarət etdiyi Maçu Pikçu həm Perunun, həm də Cənubi Amerikanın ən əhəmiyyətli turizm bölgələrindən biridir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu