Qazaxıstanda qatar qəzası nəticəsində 8 vaqon relsdən çıxıb
Qazaxıstanın Aktobe vilayətində baş verən qatar qəzasında 8 vaqon relsdən çıxıb.
Qazaxıstanın qərbindəki Aktobe vilayətində Şalkar-Jhem dəmir yolu xəttində 58 vaqondan ibarət yük qatarı relsdən çıxıb.
Qazaxıstan Dəmiryolu Şirkətindən verilən açıqlamada 8 vaqonun relsdən çıxdığı bildirilib.
Qəzada ölən və ya xəsarət alan olmasa da, hadisə yerində təmir işlərinin davam etdiyi bildirilib.
Bildirilib ki, qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.