ABŞ-da qatarın relsdən çıxması nəticəsində ətrafa xlorid turşusu sızıb


ABŞ-ın Albert Li şəhərində (Minnesota ştatı) xlorid turşusu daşıyan 50 vaqondan ibarət qatar relsdən çıxıb.



“Report” xəbər verir ki, bu barədə yerli WCCO-TV telekanalı məlumat yayıb.

Məlumata görə, qatarın 28 vaqonu Albert Li gölünün yaxınlığında relsdən çıxaraq aşıb.

Hadisə nəticəsində heç kimə zərər dəyməyib, lakin vaqonlarda daşınan xlorid turşusunun sızması baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu