Hindistan qatar qəzasında ölənlərin sayı 238-ə çatıb


Hindistanda qatarların toqquşması nəticəsində ölənlərin sayı 238 nəfərə çatıb. 600-dən çox insan yaralanıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Hindistan Dəmir Yolları dövlət şirkətinin icraçı direktoru Amitabh Şarma bildirib.

"238 nəfər ölüb, 600-dən çox insan yaralanıb", - Şarma bildirib.

Daha əvvəl əməliyyat xidmətlərinə istinadən media ən azı 288 nəfərin öldüyünü, 900-dən çoxunun yaralandığını bildirib.

Hindistanın Balasore şəhəri yaxınlığında dünən axşam saatlarında qatarlar toqquşub. Dəmir yolu orqanlarının məlumatına görə, Kəlkütədən Çennaya gedən sərnişin qatarının bir neçə vaqonu yük qatarı ilə toqquşması nəticəsində relsdən çıxıb və əks yola düşüb. Bir müddətdən sonra daha bir sərnişin qatarı onlara çırpılıb, nəticədə insanların olduğu daha üç-dörd vaqon relsdən çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu