Tunisdə qatar qəzası: 2 ölü, 31 yaralı


Tunisin cənub-şərqində yerləşən Susa şəhərində qatarın relsdən çıxması nəticəsində baş verən qəzada maşinist və köməkçisi həyatını itirib, 31 nəfər yaralanıb.


Tunisin rəsmi radiosuna danışan Sehlul Xəstəxanasının baş həkimi Nurəddin ər-Reisi paytaxt Tunisdən ölkənin cənubunda yerləşən Qabes şəhərinə gedən sərnişin qatarının Susa şəhərinin Mesakin qatar stansiyası yaxınlığında relsdən çıxdığını bildirib.

Qəzada mexanik və mexanik köməkçisi həyatını itirərkən, 31 nəfər yaralanıb.

Baş həkim xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin yüngül xəsarət aldığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu