Kəşmirdə 75 nəfəri daşıyan sərnişin avtobusu dərəyə düşdü: 10 nəfər ölüb, 55 nəfər yaralanıb


Kəşmirdə sərnişin avtobusunun körpüdən dərəyə aşması nəticəsində 10 nəfər ölüb, 55 nəfər yaralanıb.


Hindistanın Kəşmir bölgəsinin Cammu şəhərinin Srinagar şossesində səhər saatlarında içərisində 75 nəfərin olduğu sərnişin avtobusu körpünün üstündən keçərkən dərəyə düşüb. Qəzada 10 nəfər həyatını itirərkən, 55 nəfər yaralanıb.

Hadisə yerinə çoxlu sayda polis və tibb işçiləri göndərilib. Yaralılar ərazidəki özəl xəstəxanaya yerləşdirilib. Polis qrupları qəzanın necə meydana gəldiyi bilinməyən hadisə ilə bağlı araşdırma başlatdıqlarını açıqlayıb.

Hindistan prezidenti Draupadi Murmu qəzada yaxınlarını itirənlərə başsağlığı verib.

Mənbə: İHA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu