Türkiyədə sərnişin avtobusu dərəyə aşdı: Ölən və yaralananlar var


Türkiyənin Qars vilayətində sərnişin avtobusu dərəyə aşıb. İlkin məlumatlara görə, 5 nəfər həyatını itirib, 1-i ağır olmaqla 23 nəfər yaralanıb.


Hadisə Bursa-Qars ekspedisiyasını həyata keçirən "Turqut Rəis" şirkətinə məxsus 34 TR 078 nömrəli sərnişin avtobusunda baş verib. Avtomobil Ərzurum-Qars avtomobil yolunun Sarıqamış rayonu Karakurt kəndinin girişindəki qayalıq yoldan keçərkən dərəyə aşıb.

Qəza yerinə tibb və xilasetmə qrupları gəlib.

Təxminən 50 metr hündürlükdən yuvarlanan avtobusda olan 5 nəfər həyatını itirib, 1-i ağır olmaqla 23 vətəndaş yaralanıb.

Yaralılar ilişib qaldıqları yerdən çıxarılaraq təcili yardım maşınları ilə Ərzurum və Qarsdakı xəstəxanalara çatdırılıb.

Vəziyyəti ağır olan yaralı magistral yola enən təcili yardım helikopteri ilə Ərzuruma aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu