Boliviyada mikroavtobus dərəyə yuvarlanıb - 6 nəfər ölüb, 7 nəfər yaralanıb


Cənubi Amerikanın Boliviya ölkəsində mikroavtobus dərəyə yuvarlanıb. Qəza nəticəsində 6 nəfər ölüb, 7 nəfər yaralanıb.



Mikroavtobus La Pazın Koroiko qəsəbəsindəki Los Yunqas şossesində təxminən 200 metrdən dərəyə yuvarlanıb.

Qəzada 6 nəfər ölüb, bəziləri ağır olmaqla 7 nəfər yaralanıb. Yaralılar bölgədəki xəstəxanalara aparılıb.

Rəsmilər sıx duman səbəbiylə görmə qabiliyyətinin ciddi şəkildə azaldığını bildirib.

Rəsmi rəqəmlərə görə, ilin əvvəlindən ölkədə baş verən yol qəzalarında 1400-dən çox insan həlak olub, 40 mindən çox insan xəsarət alıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu