Hondurasda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb


Mərkəzi Amerika ölkəsi Hondurasda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb, 11 nəfər yaralanıb.



Ölkənin qərbindəki San Juan de Opoa şossesində baş verən qəzada iki avtobus toqquşub.

Qəzada 19 nəfər ölüb, 11 nəfər yaralanıb. Yaralılar ətraf xəstəxanalara çatdırılıb.

Yerli media avtobuslardan birinin qeyri-qanuni mühacirləri daşıdığını bildirib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Honduras prezidenti Xiomara Kastro X-dakı paylaşımında qəzada ölənlərin yaxınlarına başsağlığı verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu