Yük maşınının mikroavtobusla toqquşması nəticəsində 9 nəfər ölüb


Meksikada yük maşınının sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 9 nəfər ölüb.



Tamaulipas ştatında Viktoriya-Monterey avtomobil yolunda yük maşını qarşı tərəfdən gələn sərnişin mikroavtobusu ilə toqquşub.

Qəzada 9 nəfər hadisə yerində ölüb, 2 nəfər yaralanıb.

Qəza yerinə çoxlu axtarış-xilasetmə qrupu sövq edilərkən, hadisə ilə bağlı araşdırma başladılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu