ABŞ-da bir ay ərzində mindən çox tələbənin hüquqi statusu və vizası ləğv edilib

ABŞ prezidenti Donald Tramp administrasiyasının Fələstinə dəstək verən universitet tələbələri də daxil olmaqla bir çox əcnəbinin viza və yaşayış icazələrini ləğv etmə prosedurlarına uyğun olaraq, təxminən bir ay ərzində ölkədəki mindən çox əcnəbi tələbənin hüquqi statusu və vizalarına xitam verilib.
"Associated Press"in (AP) 160 universitetin hesabatına əsaslanan xəbərinə görə, ABŞ-da tələbələr və məzunlar üçün vizaların ləğvi davam edir.
Hədəflənən tələbələr arasında İsrailin Qəzzaya hücumlarına etiraz edən bir çox əcnəbi tələbə, həmçinin Hindistan və Çin vətəndaşları yer alır.
Bu çərçivədə mart ayı etibarilə mindən çox tələbənin hüquqi statusu və vizası ləğv edilib və tələbələr ümumiyyətlə e-poçt vasitəsilə vizalarının ləğv edildiyi barədə məlumat alıblar.
Ölkədə yüzlərlə vizası ləğv edilən tələbə deportasiya riski ilə üzləşib.
Vizalarının ləğvinə qarşı çıxan tələbələrə vizalarının niyə ləğv edildiyi barədə məlumat verilmir.
Digər tərəfdən, bir çox tələbə vizaları ləğv edildiyi üçün Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırıb.