Kaliforniya Universitetində Fələstinə dəstək nümayişləri yenidən başlayıb


ABŞ-ın Kaliforniya Universitetində (UCLA) fələstinli tələbələrə dəstək İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün yeni həmrəylik düşərgəsi yaradıb.


UCLA rektoru Gen Blokun ABŞ Konqresi tərəfindən universitetə ​​bağlı kampuslarda yəhudi tələbələrin təhlükəsizliyini təmin etməməkdə ittiham edilməsi ilə Los-Ancelesdə toplaşan yüzlərlə tələbə yenidən etiraz aksiyalarına başlayıb.

Tələbələr kampusdakı “Kerckhoff Hall” binasının eyvanına toplaşaraq taxta barrikadalar, metal hasarlar və stollardan istifadə etməklə yeni düşərgə sahəsi yaradıblar.

Universitet işçiləri etirazçılara dərhal şəhərciyi tərk etmələri barədə xəbərdarlıq edib, əks halda intizam cəzası və ya həbs oluna bilərlər.

Fələstinə dəstək nümayişinə qatılan tələbələrin bəziləri bu xəbərdarlıqla aksiyanı dayandırsalar da, bir qismi yenidən “Dodd Hall” məktəb binasına toplaşıb.

Tələbələr əvvəlki nümayişlərdə polisin onlara qarşı dəyənək və rezin güllələrdən istifadə etməsinə etiraz ediblər, bununla bağlı şüarlar səsləndiriblər.

Bəzi mühazirəçilər və həmkarlar ittifaqı üzvləri də Fələstin tərəfdarı tələbələri dəstəkləyiblər. Nümayişçilərin daşıdığı pankartda “UCLA professor-müəllim heyəti və işçiləri olaraq biz tələbələrimizin yanındayıq”- deyə yazılan şüar diqqəti cəlb edib.

Saatlarla davam edən dinc aksiya polisin müdaxiləsi ilə başa çatıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu