Kolumbiya Universitetində Fələstini dəstəkləyən 300-ə yaxın adam həbs edilib


Kolumbiya Universitetində və Siti Kollecində Fələstin tərəfdarı etirazların yatırılması zamanı 300-ə yaxın adam həbs edilib.


AFN.az xarici mediaya xəbər verir ki, bundan əvvəl Nyu York polisi Fələstin tərəfdarı tələbələrin etiraz aksiyası keçirərək zəbt etdiyi Kolumbiya Universitetinin əsas binası olan Hamilton Hall binasına basqın edib. "ABC News"un məlumatına görə, polis universitetə ​​ikinci mərtəbənin pəncərəsindən daxil olub, bundan sonra fəalları həbs etməyə, onları çölə çıxarmağa başlayıb.

"Amerikanın Səsi" xəbər verir ki, aprelin 30-da səhər saatlarında etirazçılar Hamilton Halldakı pəncərələri sındıraraq içəri daxil olublar. Universitetin qarşısında küçə mebellərindən barrikadalar qurublar.

Bundan əvvəl etiraz düşərgəsinin təmizləndiyi Virginia Tech-də 82 tələbə həbs edilib. Tələbələrin zəbt etdiyi binaların təmizlənməsi Kaliforniya Politexnik İnstitutunun ərazisində də aparılıb. Orada 25 nəfər həbs edilib.

Universitetləri İsraillə və ya Qəzza zolağında müharibəyə dəstək verən şirkətlərlə biznesi dayandırmağa çağıran etirazçıların çadır düşərgələri tələbə hərəkatı şəklində Nyu-Yorkdan Texasa, Kaliforniyaya qədər bütün ölkəyə yayılıb. Hüquq-mühafizə orqanları ilə toqquşma baş verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu