ABŞ prezidenti Baydenin çıxışı 2-ci dəfə Fələstin etirazları ilə kəsildi


ABŞ prezidenti Co Baydenin qatıldığı seçki tədbirindəki çıxışı ikinci dəfə Fələstin tərəfdarı etirazçılar tərəfindən kəsilib.


Baydenin Virciniyada iştirak etdiyi seçki tədbirindəki çıxışı Fələstin tərəfdarı etirazçılar tərəfindən dəfələrlə kəsildikdən bir gün sonra paytaxt Vaşinqtonda da eyni hal baş verib.

Baydenin avtomobil istehsalçıları birliyinin tədbirində çıxışı zamanı səslərini ucaldan etirazçılar onu “Qəzzada atəşkəsə” çağırıblar.

Digər tərəfdən bir qrup etirazçı tədbirin keçirildiyi otelin qarşısına toplaşıb.

Etirazçılar Fələstin bayraqları və Qəzzada dərhal atəşkəs tələbi ilə şüarlar səsləndiriblər.

Baydenin bir gün əvvəl Virciniya ştatında iştirak etdiyi seçki toplantısındakı çıxışı “soyqırımı maliyyələşdirməyi dayandırın” şüarları səsləndirən Fələstin tərəfdarı nümayişçilər tərəfindən dəfələrlə kəsilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu