Bayden xəstəxanaya edilən hücumda həyatını itirənlər üçün başsağlığı verib


İsraildən sonra İordaniyaya edəcəyi səfərini təxirə salan Bayden Qəzzada xəstəxana hücumunda həyatını itirənlərə başsağlığı verib, yaralılara şəfa diləyib.



Ağ Evdən verilən açıqlamada, Baydenin İordaniya Kralı II Abdullah ilə məsləhətləşdikdən sonra və Fələstin prezidenti Mahmud Abbasın İsrailin Qəzzada xəstəxanaya hücumu ilə bağlı matəm elan etməsi fonunda İordaniya səfərini təxirə saldığı bildirilib.

Qeyd edək ki, Baydenin qatılacağı gözlənilən dördtərəfli zirvə toplantısı üçün paytaxt Əmmanda olan Fələstin prezidenti Abbasın İsrailin Qəzzada xəstəxanaya hücumundan sonra Ramallaha qayıtmağa qərar verdiyi açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu