UNICEF prezidenti: "Xəstəxanaya edilən hücum məni dəhşətə gətirir"


Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNCEF) prezidenti Ketrin Russel Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına edilən hücumdan dəhşətə gəldiyini bildirib.



Russel UNICEF-in internet saytında açıqlama yayıb.

“Mən bu axşam Qəzza zolağında əl-Əhli xəstəxanasına edilən hücumdan sonra uşaqların və qadınların ölməsi və yaralanması barədə xəbərlərdən dəhşətə gəlirəm”. Russel meydandakı mənzərənin "dağıdıcı" olduğunu bildirdi.

Son 11 gündə yüzlərlə uşağın faciəvi şəkildə həyatını itirdiyinə, minlərlə yaralandığına, 300 mindən çox uşağın evlərindən didərgin düşdüyünə diqqət çəkən Russel, "Hər uşaq hər yerdə sülhə layiqdir" sözlərini qeyd edib.

“Mülki əhaliyə və xəstəxanalar kimi mülki infrastruktura qarşı hücumlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır”. Russel hərbi əməliyyatları dərhal dayandırmağa, uşaqların zərərlərdən qorunmasına və uşaqların humanitar yardıma çıxışını asanlaşdırmağa çağırıb.

UNICEF-in sosial media hesabındakı ayrı bir yazıda "UNICEF yüzlərlə mülki şəxsin ölümünə səbəb olan Qəzzada əl-Əhli Baptist Xəstəxanasına edilən hücumu şiddətlə qınayır" ifadəsi işlədilib.

Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasını bombalaması nəticəsində ölənlərin sayının 500-ə yüksəldiyini bildirib.

Fələstin prezidenti Mahmud Abbas İsrailin Qəzzada Əl-Əhli Baptist Xəstəxanasına hücumu ilə əlaqədar 3 günlük matəm elan edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu