Co Bayden İordaniyada Mahmud Abbasla görüşəcək


ABŞ prezidenti Co Bayden çərşənbə günü, oktyabrın 18-də İsrailə səfərindən sonra İordaniyaya gedərək Kral II Abdullah, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin prezidenti Mahmud Abbasla görüşəcək.



Ağ Evin sözçüsü Karine Jean-Pierre verdiyi açıqlamada Baydenin Həmasın hücumları qarşısında İsrailə dəstəyini göstərmək və növbəti addımlar barədə məsləhətləşmələr aparmaq üçün çərşənbə günü İsrailə gedəcəyini qeyd edib.

Baydenin daha sonra İordaniyanın paytaxtı Əmmana gedəcəyini, burada İordaniya Kralı II Abdullah, Misir Prezidenti Sisi və Fələstin Dövlət Başçısı Abbasla görüşəcəyini bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu