Liviyada daşqınlarda ölənlərin sayı 3 minə yüksəldi


Liviyanın şərqində şərqində sel fəlakətində ölənlərin sayı 3 mini keçib.


AFN.az xəbər verib ki, Qırmızı Xaç Liviyada sel fəlakətində itkin düşənlərin sayının 10 minə çatdığını açıqlayıb.

Mərkəzi Aralıq dənizindən başlayan "Daniel" fırtınası Liviyanın Benqazi, Beyda, Marj, Suse və Derna şəhərlərinə təsir edib.

Liviya Milli Birlik Hökumətinin sözçüsü Mohammed Hammude, meteoroloji məlumatların Cəbəl əl-Əhdar bölgələrində qeydə alınan yağışın miqdarının təxminən 400 millimetr olduğunu və bu miqdarın Liviyada 40 ildən çox müddət ərzində qeydə alınan ən yüksək yağış olduğunu deyib.

Liviyanın şərqindəki rəsmilər fırtına səbəbindən bütün dövlət və özəl təhsil müəssisələrində dərslərin dayandırılması, mağazaların bağlanması və komendant saatı da daxil olmaqla bir sıra tədbirlər görüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu