Liviyada daşqınlar zamanı itkin düşənlərin sayı 7 minə çatıb
Liviyada daşqınlar zamanı itkin düşənlərin sayı 7 minə çatıb.
AFN.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Benqazidəki Liviya Qızıl Aypara Cəmiyyəti Derna şəhərində (Kirenaika bölgəsi) köçkün ailələrin sayının 20 minə, itkin düşənlərin sayının isə 7 minə yaxın olduğunu bildirib.
Daha əvvəl 5 minə yaxın insanın itkin düşdüyü bildirilirdi.
Sentyabrın 10-da Liviyanın şimal-şərqini "Daniel" qasırğası vurub və Aralıq dənizi sahillərində yerləşən şəhərlərə fırtınalı küləklər və tufanlarla müşayiət olunan leysan yağıb. Bir çox yaşayış binaları, xəstəxanalar və digər mühüm mülki obyektlər su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib. Liviya hakimiyyəti üç günlük milli matəm elan edib.