Filippində "Kabayan" tropik qasırğası 86 mindən çox insanı didərgin salıb


Filippinin cənub hissələrinə təsir edən "Kabayan" tropik qasırğası səbəbindən 86 mindən çox insan evlərindən didərgin düşüb.



Inquirer News-un məlumatına görə, Filippin Milli Fəlakət Riskinin Azaldılması və İdarəetmə Şurası ölkənin cənubunu təsir edən fırtına ilə bağlı açıqlama verib.

Açıqlamada "Kabayan" tropik qasırğası öncəsi 22 mindən çox insanın təxliyə edildiyi, bölgədə 86 mindən çox insanın evlərindən didərgin düşdüyü bildirilib.

Səlahiyyətlilər seldə qalan 35 yaşlı kişinin hələ də itkin olduğunu bildirib.

Filippin Meteorologiya Bürosundan verilən açıqlamada, fırtınadan sonra Davao Şərq bölgəsində güclü yağışların təsirli olduğu qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu