Fırtına Dominikanda 1,6 milyondan çox insanı içməli sudan məhrum məhrum edib


Dominikan Respublikasında 1,6 milyondan çox insan "Franklin" tropik qasırğası nəticəsində içməli sudan məhrum olub.


AFN.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən "Prensa Latina" agentliyi məlumat yayıb.

Agentlik bildirib ki, 121 su kəməri zədələnib və nəticədə 1,6 milyondan çox sakin içməli sudan məhrum olub. Rəsmilər, leysan yağışlarının davam etməsi riskinin hələ də davam etdiyi üçün sakinlərdən ehtiyatlı olmalarını xahiş edir.

Leysan yağışları nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb, 547 evə ziyan dəyib, 2,7 mindən çox avtomobil yolu zədələnib, 280 nəfər evlərindən təxliyə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu