Fransada 10 bölgə üçün daşqın xəbərdarlığı edilib
Fransanın əksəriyyəti sahil zolağında yerləşən 10 bölgə üçün güclü yağış və daşqın xəbərdarlığı edilib.
Fransanın Meteo France meteoroloji xidmətinin məlumatına görə, ölkənin sahilyanı Manş, Loire Atlantique, Vendee, Morbihan, Finistere, Nord və Pas-de-Kalais bölgələrində və daxili Orne, Mayenne və Sarthe bölgələrində davamlı yağıntılar sel və daşqınlara səbəb olacaq. Səviyyənin qalxmasına səbəb olacağı ilə bağlı xəbərdarlıq edilib.
Daşqın riski olan bu bölgələrdə sayıqlıq üçün ən yüksək təhlükə statusunun aşağı səviyyəsi olan “narıncı xəbərdarlıq” elan edilib.
Bölgə sakinlərindən göl və dərə kimi su mənbələrindən uzaq durmaları xahiş olunub.