Almaniya hökumətindən daşqın xəbərdarlığı


Almaniyada yağan həddindən artıq yağış səbəbiylə dərə, çay və bəndlərdə suyun səviyyəsi artıb. Səlahiyyətlilər yağışın bir neçə gün daha davam edəcəyini bildirərək, bir çox bölgədə daşqınlara qarşı xəbərdarlıq ediblər.



Aşağı Saksoniya əyalətinin daxili işlər naziri Daniela Berens deyib ki, daşqınla mübarizədə hələ qarşıda çətin günlər var. Sel təhlükəsi olan bölgələrdə suyun səviyyəsinin yüksəldiyinə diqqət çəkən Behrens, seldən təsirlənmə ehtimalı olan bölgələrdə yaşayanlara diqqətli olmaları barədə xəbərdarlıq edib.

Dövlət Təbiət, Ətraf Mühit və İstehlakçıların Hüquqlarının Müdafiəsi Departamenti KRV əyalətində çaylarda suyun səviyyəsinin yenidən qalxacağını gözlədiyini açıqlayıb və daşqın təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

Almaniya Meteorologiya İdarəsi yaxın günlərdə ölkənin bir çox bölgəsində güclü yağışın gözlənildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu