Almaniyada əhaliyə sel xəbərdarlığı


Almaniyadakı həddindən artıq yağışların yağması sel təhlükəsi yaradıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, kanallarda, çaylarda və bəndlərdə suyun səviyyəsinin artırması səbəbindən rəsmilər bir çox bölgədə sel xəbərdarlığı ediblər. Üstəlik, yağışlı havaların hələ bir neçə gün davam edəcəyi proqnozları bu təhlükəni daha da artırıb.

Aşağı Saksoniya, şimal Reyn, Saksoniya-Anhalt və Thuringen ştatlarında baş verə biləcək sel və daşqınlara qarşı xalqı xəbərdar edib.

Saksoniya əyalətinin daxili işlər naziri Daniela Behrens, daşqına qarşı mübarizədə hələ bir neçə gün vaxtlarının olduğunu bildirib. O, daşqın təhlükəsi olan ərazilərdə suyun səviyyəsinin artdığına diqqət çəkib və daşqınlardan təsirlənə biləcək sahələrdə yaşayanlara xəbərdarlıq edib.

Şiddətli yağışdan və küləkli bir gecədən sonra, aşağı Saksoniya və Bremenin bəzi hissələrində suyun yüksəkliyi kritik həddə çatıb, artıq daşqın təhlükəsi realdır.

Saksoniyada bir çox çaylarda suyun səviyyəsi 3-cü səviyyəyə yüksəlib. Bu isə daşqın riski deməkdir.

Təbiət, Ətraf Mühit və İstehlakçı Müdafiə İdarəsi də əyalətdəki çaylarda suyun səviyyəsinin yenidən yüksələcəyi və sel təhlükəsi haqda xəbərdar edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu