Fransada "Ciaran" qasırğası davam edir


Fransada davam edən “Ciaran” qasırğası nəqliyyatın dəaliyyətinin dayanmasına və elektrik enerjisinin kəsilməsinə səbəb olur.


Ölkə mətbuatında yer alan xəbərə görə, ölkənin şimal-qərb və qərbində yerləşən bölgələrdə sayıqlıq vəziyyəti davam edir.

Həyəcan səviyyəsi 30 bölgədə "narıncı", Manş, Kotes-d'Armor və Finistere bölgələrində isə "qırmızı"ya yüksəldilib.

Fırtınadan ən çox təsirlənən bölgələrdən biri olan Finisteredə magistral yollar nəqliyyata bağlanıb. Manş və Kotes-d'Armordakı sürücülərə də yoldan uzaq durmaq tövsiyə olunub.

Nəqliyyatdan məsul nazir Klement Beaune Aisne bölgəsində bir yük maşını sürücüsünün fırtınada öldüyünü açıqlayıb.

Fırtına hava nəqliyyatına da mənfi təsir göstərib. Brittany bölgəsindəki Brest hava limanı səhər saatlarına qədər hava nəqliyyatı üçün bağlanacağı halda, Parisin Şarl de Qoll və Paris Orli hava limanlarında gün ərzində uçuşlarda gecikmələr olacaq.

Bundan əlavə, Brittani, Normandiya, Hauts-de-France, Pays de la Loire, Center Val de Loire-də regiondaxili qatar xidmətləri ləğv edilib. Parisdən ölkənin qərb sahillərinə gedən regionlararası qatarlarda da məhdudiyyətlər olacaq.

Elektrik xətlərinə ziyan vuran fırtına səbəbindən 780 mini Brittani bölgəsindən olan 1,2 milyon insan günə işıqsız başlayıb.

Kəsilmə baş verən yerlərdə elektrik xidmətlərinin bərpası üçün 3 minə yaxın texniki işçi ayrılıb.

Böyük Britaniya, İrlandiya, Fransa və Pireney yarımadasını əhatə edən və sürəti saatda 170 kilometrə çatan "Ciaran" fırtınasına görə güclü leysan və daşqın xəbərdarlığı edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu