Varşavanın mərkəzindəki meydanda bomba həyəcanı
Parlament seçkilərinə bir gün qalmış polis Varşavanın mərkəzindəki Piłsudski meydanını bomba təhlükəsi səbəbindən mühasirəyə alıb.
Polşa mediası bir nəfərin meydandakı abidənin üzərinə çıxaraq özünü partlatmaqla hədələdiyini yazıb.
X sosial media platformasında yerləşdirilən fotolarda 2010-cu ildə prezident Lex Kaçinski və xanımı Mariya da daxil olmaqla 96 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının qurbanlarının xatirəsinə ucaldılmış abidənin başında dayanan bir adam göstərilir.
Hadisə yerində olan polis əməkdaşı "Reuters"in müxbirinə bildirib ki meydana giriş bomba xəbərdarlığından sonra bağlanıb.
Polis sözçüsü bir nəfərin abidənin üzərinə çıxdığını təsdiqləyib.