Yunanıstanda səfirliklərə və parlamentə bomba təhlükəsi ilə bağlı məlumat daxil olub


Üç ölkənin Yunanıstandakı səfirlikləri və Yunanıstan parlamenti bomba təhlükəsi ilə bağlı xəbərlər alıb.



Bu barədə RİA Novosti AMNA-ya istinadən xəbər verib.

Agentliyin məlumatına görə, yerli vaxtla saat 10.45-də “Skai” telekanalına naməlum şəxs zəng edərək, ABŞ-ın Yunanıstandakı səfirliyinə bomba qoyulması barədə məlumat verib. Daha sonra “Kontra” telekanalının və “Open” telekanalının nümayəndələrinə də eyni zənglər gəlib. Onlara İsrail və Misirin yerli səfirliklərinə bomba qoyulması barədə məlumat verilib. Sonra parlament telekanalında da analoji çağırış səslənib.

Zəng edən şəxs partlayış üçün eyni potensial vaxtı təkrarlayaraq bunun saat 11:30-da olacağını qeyd edib. Bundan sonra partlayıcı qurğuların zərərsizləşdirilməsi üçün bölmələr göstərilən ünvanlara göndərilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu