Solomon adalarında məktəbin yaxınlığında 200-dən çox partlamamış bomba aşkar edilib
Solomon adalarında bir məktəb yaxınlığında İkinci Dünya Müharibəsinə aid 200-dən çox partlamamış hərbi sursat tapılıb.
İkinci Dünya Müharibəsi zamanı ABŞ əsgərlərinə məxsus olan və zamanla paslanan bu sursat Kral Solomon Adaları Polisi (RSIPF) tərəfindən çıxarılaraq təhlükəsiz yerə daşınıb.
Sursat paytaxt Honiaradada bir məktəb işçisinin evinin yaxınlığında, məktəbdə kanalizasiya işləri üçün qazıntı zamanı tapılıb.
Məktəb təhlükəsizlik səbəbi ilə bir neçə gün fəaliyyətini dayandırıb.
Hadisə ilə bağlı verilən açıqlamada polis qruplarının kürəklərlə qazaraq paslanmış sursatları əl ilə çıxararaq təhlükəsiz yerə köçürdüyü bildirilib.
Mənbə: The Guardian