ABŞ 30 ildən sonra bunu etdi


ABŞ 30 ildən sonra Solomon adalarında səfirlik açır.


AFN.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken Solomon adalarının paytaxtı Honiarada ABŞ səfirliyinin açıldığını elan edib. ABŞ-ın Solomon adalarındakı səfirliyi ötən əsrin sonlarında 5 il xidmət etdikdən sonra 1993-cü ildə diplomatik postların qlobal ixtisarının bir hissəsi olaraq bağlanmışdı. Səfirliyin açılmasının iki ölkə arasında iqtisadi əlaqələri gücləndirəcəyini vurğulayan Antoni Blinken bölgədə daha çox diplomatik personalın yerləşdiriləcəyini deyib.

ABŞ dövlət katibi səfirliklə birlikdə Sakit okean ölkələri ilə daha çox əlaqələr qurmağı hədəflədiklərini vurğulayıb. Solomon Adaları hökumətini səfirliyin açılışı ilə bağlı xəbərdar etdiklərini bildirən Blinken, diplomat Russell Comeaunun Honiaradakı yeni müvəqqəti işlər vəkili kimi fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu