İngiltərədə müharibədən qalan bomba dənizə atıldı


İngiltərənin cənubundakı Plimut liman şəhərində yerləşən İkinci Dünya Müharibəsindən qalma partlamamış 500 kiloqramlıq bomba təhlükəsiz zərərsizləşdirilməsi üçün dənizə daşınıb.



Devon və Cornwall Polisindən verilən açıqlamada 1940-cı ilin iyulunda Alman bombardmançılarının hədəfinə çevrilən Plymouth şəhərində bir bağçada tapılan 500 kiloqramlıq bombanın təhlükəsiz şəkildə dənizə atıldığı açıqlanıb.

Açıqlamada polisin ordunun iştirak etdiyi əməliyyatın uğurla keçdiyi və bombanın ərazidən uzaqlaşdırıldığı barədə məlumat verildiyi qeyd edilib. Həmçinin təhlükəsizlik kordonunun götürüldüyü və təxliyə edilən sakinlərə evlərinə qayıda biləcəkləri bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu