115 məktəb "bomba xəbərdarlığı"na görə boşaldıldı


Serbiyanın paytaxtı Belqradda bomba xəbərdarlığından sonra 115 məktəb boşaldılıb.


Serbiya Daxili İşlər Nazirliyinin məlumatına görə, Belqradın 115 məktəbinin elektron ünvanlarına məktəblərə partlayıcıların yerləşdirildiyi barədə bildirişlər göndərilib.

Xəbərdarlığa əsasən hərəkət edən Serbiya polisi müvafiq məktəblərdən şagirdləri, müəllimləri və əməkdaşlarını təxliyə edib.

Bəzi məktəblərdə aparılan axtarışlar zamanı bomba izlərinə rast gəlinməsə də, təhsil qaldığı yerdən davam etdirilib.

Təxliyə edilən digər məktəblərdə də axtarışlar başa çatana qədər tədris işləri dayandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu