Meksikada xarici vətəndaşları daşıyan avtobus qəzaya uğrayıb, 18 nəfər ölüb


Meksikada xarici vətəndaşları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 18 nəfər ölüb, 23 nəfər yaralanıb.


Ölkə mətbuatında çıxan xəbərə görə, paytaxt Mexikodan Aşağı Kaliforniya ştatının Tixuana şəhərinə gedən avtobus Nayarit əyalətində təxminən 40 metr yüksəklikdən yuvarlanıb.

Qəzada aralarında uşaqların da olduğu 18 nəfər həyatını itirib, 23 nəfər yaralanıb.

Yaralı sağ qalan və sükan arxasında yatdığı iddia edilən avtobus sürücüsü nəzarətə götürülüb.

42 nəfərin olduğu təxmin edilən avtobusda olanların əksəriyyətinin Hindistan, Dominikan Respublikası və Afrika ölkələri vətəndaşları olduğu açıqlanıb.

Avtobusda olanların ABŞ sərhədini keçməyə çalışan qeyri-qanuni miqrantlar olduğu güman edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu