Nyu Yorkda tələbələri daşıyan avtobus xəndəyə yuvarlanıb: 2 nəfər ölüb, 5 nəfər yaralanıb


ABŞ-ın Nyu-York ştatının Lonq-Aylend əyalətindəki Farminqdeyl liseyi şagirdlərini Pensilvaniyadakı düşərgəyə aparmaq üçün yola çıxan avtobus yoldan çıxaraq Vavayanda şəhəri yaxınlığındakı xəndəyə yuvarlanması nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.


Qəzadan sonra magistral yol nəqliyyata bağlanarkən, 43 və 77 yaşlı 2 nəfərin həyatını itirdiyi, 5 nəfərin isə yaralanaraq xəstəxanaya aparıldığı açıqlanıb.

Nyu-York qubernatoru Keti Hoçul mətbuat konfransında bildirib ki, ilkin məlumata görə, qəza avtobusun ön təkərlərində yaranan problem nəticəsində baş vermiş ola bilər və araşdırmalar davam edir.

4 böyük və 40 şagird olmaqla cəmi 44 nəfərin olduğu avtobusun Farmingdale Liseyi marş orkestrasından təxminən 300 şagirdi Pensilvaniyadakı düşərgəyə aparmaq üçün icarəyə götürülən 6 avtobusdan biri olduğu öyrənilib.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu