Nigeriyada avtobus qəzası: 16 nəfər ölüb


Nigeriyanın Kaduna əyalətində avtobusun qəzaya uğraması nəticəsində 16 nəfər ölüb.


Nigeriya Milli Yol Təhlükəsizliyi Kaduna əyalətinin direktoru Kabir Nadabo verdiyi açıqlamada sərnişin avtobusunun Kaduna-Kano şossesində xəndəyə düşdüyünü bildirib.

Nadabo qeyd edib ki, qəza nəticəsində 16 nəfər ölüb, 4 nəfər yaralanıb.

Müalicə altında olan yaralılardan bəzilərinin sağlamlıq vəziyyətinin ağır olduğunu bildirən Nadabo, ölənlərin sayının artaca biləcəyini deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu