Nigeriyada diaqnozu təyin edilə bilməyən xəstəlikdən 5 nəfər ölüb


Nigeriyanın Kaduna əyalətində diaqnoz qoyulmamış xəstəlik səbəbiylə 5 nəfər ölüb, 10 nəfər xəstəxanada müalicə olunub.


Kaduna əyalətindəki Ser Patrick Yakowa Xəstəxanasının katibi Ezra Coşua verdiyi açıqlamada, əyalətin Kafançan bölgəsində diaqnoz qoyulmayan xəstəlik səbəbindən 5 nəfərin öldüyünü, 10 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.

Həyatını itirən şəxsin ölüm səbəbi ilə bağlı araşdırmaların davam etdiyini bildirən Joshua, xəstəxanaya gətirilənlərdən bəzilərində öskürək və qusma müşahidə edildiyini qeyd etdi.

Joshua valideynləri uşaqlarında hər hansı bir xəstəlik əlaməti gördükləri təqdirdə onları tez bir zamanda xəstəxanaya göndərməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu