Nigeriyada kilsəyə hücum: Ən azı 25 nəfər qaçırılıb
Nigeriyanın Kaduna əyalətində kilsəyə silahlı hücum edilib.
Nigeriya Xristian Birliyinin (CAN) Kaduna əyalətinin rəhbəri, keşiş Cozef Hayab Anadolu Agentliyinə (AA) bildirib ki, ştatın Çikun bölgəsindəki Bege Vəftiz kilsəsində naməlum silahlı şəxslər ibadət edənlərə hücum edib.
Hücumda ən az 25 adamın qaçırıldığını qeyd edən Hayab, silahlı təcavüzkarların 40 nəfəri qaçırdığını daha sonra 15 nəfərin qaçdığını bildirib.
Hayab vilayətdə ibadət yerlərinə edilən hücumların yanvar ayından artdığına diqqət çəkib. "Bu hücumlar cinayətkarlar tərəfindən həyata keçirilir və xüsusi bir dini məqsəd daşımır. Bu il Kaduna'da kilsələrə daha çox hücum oldu, lakin bu hücumları edənlər cinayətkarlardır" - deyə vurğulayıb.
Nigeriyanın Kaduna əyalətndə bu ilin yanvar-mart aylarında hücumlar nəticəsinədə 214 nəfər həlak olub, 746 nəfər qaçırılıb.