Braziliyada avtobusun aşması nəticəsində 16 nəfər həyatını itirib


Braziliyanın şimal-şərqindəki Alaqoas ştatında avtobusun aşması nəticəsində 16 nəfər ölüb, 44 nəfər yaralanıb. Braziliya mətbuatında yer alan xəbərlərə görə, Seara ştatından qayıdan avtobus San-Joze-de-Tapera qəsəbəsi yaxınlığındakı AL-220 magistral yolunda idarəetmədən çıxaraq aşıb.

Qəzada 4-ü uşaq olmaqla, 16 nəfər həyatını itirib, bəzilərinin vəziyyəti ağır olmaqla 44 nəfər yaralanıb. Yaralılar ətrafdakı xəstəxanalara yerləşdirilib, qəzanın səbəblərinin müəyyən edilməsi üçün araşdırma başladılıb.

Məlumata görə, avtobus Seara ştatında keçirilən "Kandelariya Məryəm Anası" adlı dini bayramdan qayıdan şəxsləri daşıyırmış. Hadisə ilə əlaqədar ştatda 3 günlük rəsmi matəm elan edildiyini bildirib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu