İranda avtobusun aşması nəticəsində 10 nəfər ölüb


İranın Yəzd şəhərində avtobusun aşması nəticəsində 10 nəfər ölüb, 36 nəfər yaralanıb.



İran İşçi Xəbər Agentliyinin (İLNA) məlumatına görə, Yəzd Qızıl Aypara Cəmiyyətinin baş direktoru Məhəmməd Aşiqi qəza ilə bağlı məlumat verib.

Aşiqi bildirib ki, avtobus gecə yarısı Sagend şosesindəki Robat kəndi yaxınlığında aşıb və qəza nəticəsində 10 nəfər ölüb, 36 nəfər yaralanıb.

Qəzanın səbəbləri barədə məlumat verməyən İran rəsmisi yaralıların bölgədəki xəstəxanalara yerləşdirildiyini qeyd edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu