Pakistanda sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər ölüb


Pakistanın Gilgit-Baltistan bölgəsində Karakorum şosesində sərnişin avtobusunun aşması nəticəsində 20 nəfər həyatını itirib, 21 nəfər isə yaralanıb.


Axtarış-xilasetmə rəsmilərinin verdiyi açıqlamaya görə, yerli vaxtla saat 05.30-da sərnişin avtobusu Çilas bölgəsində magistral yolda aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 20 nəfər ölüb, 21 nəfər yaralanıb.

Yaralılar Çilasdakı xəstəxanalara aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu