Sem Altman: Dünya süni intellektdən qorxmaqda haqlıdır



OpenAI şirkətinin baş direktoru Sem Altman süni intellekt sektoruna dair artan risk narahatlıqları fonunda dünyanın şirkətlərin düzgün addımlar atacağına daha çox inanmalı olduğunu bildirib.

AFN.az xəbər verir ki, Altman San-Fransiskoda keçirilən konfransda çıxışı zamanı süni intellekt alətlərinin imkanlarının sürətlə inkişaf etməsi səbəbilə insanların keçirdiyi qorxuların əsaslı olduğunu deyib.

Bu açıqlama “Anthropic” şirkətindən ayrılan bir tədqiqatçının süni intellektə nəzarət edilmədiyi təqdirdə onilliyin sonuna qədər bütün bəşəriyyəti məhv edə biləcəyi barədə sosial mediada geniş yayılan paylaşımından sonra səslənib.

Bu iddialar süni intellektin inkişafı ilə bağlı nəzarətin gücləndirilməsi çağırışlarını artırıb. “Anthropic” şirkətinin baş direktoru Dario Amodei süni intellektin inkişaf tempinin yavaşladılmasına və hökumətlərin sektora nəzarət etməsinə çağırıb.

Altman isə “OpenAI” kimi şirkətlərin öz fəaliyyətlərinə özlərinin nəzarət edə biləcək imkanlara sahib olduğunu bildirib.

“Meta” şirkətinin qurucusu Mark Zukerberq də hər bir süni intellekt laboratoriyasının təhlükəsizlik yönümlü alətlər hazırlamağa təşviq edildiyini müdafiə edib.

“Nvidia” şirkətinin baş direktoru Censen Huanq isə kənar qüvvələrin nəzarətinə ehtiyac olmadığını bildirərək yeni versiyaların bazara çıxarılıb-çıxarılmaması barədə qərarı süni intellekt şirkətlərinin verməli olduğunu deyib.

Sektordakı bəzi şəxslər isə süni intellekt şirkətlərinin tamamilə öz nəzarətinə buraxılmasının böyük risklər daşıdığını vurğulayıb.

“OpenAI” və “Anthropic” şirkətlərinin rəhbərləri təhlükəsizlik məsələləri üzrə sektor miqyasında razılaşma əldə etmək üçün işə başladıqlarını açıqlayıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu