ABŞ BMT Təhlükəsizlik Şurasının hərbi əməliyyatların dayandırılmasını tələb edən qətnaməsinə veto qoyur
ABŞ Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Qəzza zolağına humanitar yardım göstərmək üçün İsrail və HƏMAS arasında münaqişədə "fasilə" verilməsini tələb edən qətnaməyə veto qoyub.
Nyu-Yorkda BMT Təhlükəsizlik Şurası İsrail və HƏMAS arasındakı münaqişələrlə bağlı iclas keçirib.
Birləşmiş Ştatlar iclasda Qəzza zolağına humanitar yardım göstərmək üçün İsrail və HƏMAS arasında münaqişədə "fasilə" verilməsini tələb edən qətnamə layihəsinə veto qoyub.
Braziliyanın hazırladığı qətnamə layihəsini 12 üzv dəstəkləyib, Rusiya və Böyük Britaniya isə bitərəf qalıb.
Qətnamə layihəsində İsraildən Qəzzada mülki şəxslər və BMT əməkdaşlarının cənuba doğru hərəkət etməsi əmrini ləğv etməyə çağırılıb və HƏMAS-ın hücumları pislənib.
Qətnamə layihəsində həmçinin mülki şəxslərə qarşı hər cür zorakılıq və düşmənçilik və hər cür terror aktları pislənilib, bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi tələb olunub.