ABŞ Fələstinin BMT-yə üzvlüyünə veto qoydu


ABŞ Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamə layihəsinə veto qoyub.


Fələstinin BMT-yə tam üzv olmasını tələb edən qətnamə layihəsi Əlcəzair tərəfindən 15 üzvdən ibarət BMT TŞ-də səsverməyə çıxarılıb.

ABŞ-ın “xeyr” səs verdiyi qanun layihəsinə 12 “hə” və 2 “bitərəf” səs verilib.

Böyük Britaniya və İsveçrə “bitərəf” qaldığı halda, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya “bəli” səs verib.

Qətnamə layihəsinin qəbulu üçün 5 daimi üzvdən heç birindən “xeyr” səsi alınmamalı və ümumilikdə 9 “hə” səsinin alınması lazım idi.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu