BMT-də Fələstinin xeyrinə 5 qətnamə qəbul edilib


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Fələstin problemi ilə bağlı 5 qətnamə qəbul edib.


Fələstin Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, BMT Baş Assambleyasında Fələstin məsələsi ilə bağlı 5 qətnamə böyük səs çoxluğu ilə qəbul edilib.

Fələstinli qaçqınlara yardımla bağlı ilkin qərar 168 ölkədən dəstək alıb. Qərara yalnız İsrail qarşı çıxsa da, ABŞ, Uruqvay və Paraqvay da daxil olmaqla 10 ölkə bitərəf qalıb.

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyəti ilə bağlı qərarı 165 ölkə dəstəkləyib. Bu qərarın əleyhinə 4 ölkə (ABŞ, Kanada, İsrail və Mikroneziya) səs verib.

İşğal olunmuş Fələstin ərazilərində İsrail yaşayış məntəqələri ilə bağlı qərar 149 ölkənin dəstəyini qazanıb, 6 ölkə (ABŞ, Kanada, İsrail, Macarıstan, Mikroneziya və Nauru) əleyhinə səs verib, 19 ölkə isə bitərəf qalıb.

Fələstinli qaçqınların mülkləri və gəlirləri ilə bağlı qərarı 163 ölkə dəstəkləyib. 5 ölkə (ABŞ, Kanada, İsrail, Mikroneziya və Nauru) əleyhinə səs verib, 9 ölkə isə bitərəf qalıb.

ABŞ, Böyük Britaniya, İsrail, Kanada, Çexiya da daxil olmaqla, Fələstin xalqının və işğal olunmuş ərazilərdə yaşayan digər ərəblərin insan hüquqlarına təsir edən İsrail təcrübələrini araşdırmaq vəzifəsi daşıyan Xüsusi Komitənin işi ilə bağlı qərarı 86 ölkə dəstəkləyib, 12 ölkə əleyhinə səs verib, 75 ölkə isə bitərəf qalıb.

Fələstin Xarici İşlər Nazirliyi bəyanatında qətnamələrin qəbulunun müsbət qarşılandığını bildirib və səsvermədə iştirak etməyən ölkələri mövqelərini düzəltməyə və haqq yolu olan sağ tərəfdə durmağa, Fələstin xalqı ilə həmrəylik göstərməyə çağırıb.

Qeyd edək ki, bu qərarlar simvolikdir məcburi xarakter daşımır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu