Avstriya UNRWA-ya dəstəyini dayandırdığını açıqladı


Avstriya Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini dayandırıb.


Bu barədə ölkənin baş naziri Karl Nehammer sosial media platformasında yazıb. Nehammer iddiaların operativ və hərtərəfli araşdırılmasını istəyib.

Avstriya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsrailin iddialarının sürpriz və narahatlığa səbəb olduğu və bu səbəbdən bəzi Avropa ölkələrinin etdiyi kimi UNRWA-ya maliyyə dəstəyinin dayandırıldığı qeyd edilib.

İsrailə qeyd-şərtsiz dəstəyi ilə tanınan Avstriya keçən il BMT-nin Qəzzaya fövqəladə humanitar atəşkəslə bağlı qətnamə layihəsində "yox" səsi vermişdi.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş 7 oktyabr hücumlarında UNRWA əməkdaşlarının əli olması ilə bağlı İsrail rəsmilərinin iddialarının təcili araşdırılmasını tələb edib. UNRWA da İsrailin iddiaları ilə bağlı araşdırmaya başlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu