Finlandiya UNRWA-ya yardımı bərpa edəcək


Finlandiya Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) maliyyə dəstəyini bərpa etmək qərarına gəlib.



YLE xəbər agentliyinin məlumatına görə, Finlandiyanın İnkişaf Əməkdaşlıq və Xarici Ticarət naziri Ville Tavio keçirdiyi mətbuat konfransında UNRWA-nın dayandırılmış yardımı ilə bağlı açıqlamalar verib.

O, İsrailin iddiaları ilə bağlı iki fərqli BMT təşkilatının hazırladığı hesabatları araşdırdıqlarını və bu hesabatların Agentliyin daxili əməliyyatlarının təkmilləşdirildiyini ortaya çıxardığını bildirib.

Nazir Tavio Finlandiyanın UNRWA-ya maliyyələşdirməni bərpa edəcəyini açıqlayıb.

Qeyd edək ki, Finlandiya iddialardan sonra yanvarın 27-də UNRWA-ya maliyyə dəstəyini dayandırmışdı.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu