Danimarka UNRWA-ya planlı yardım göstərəcəyini açıqladı


Danimarka Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) planlı yardım göstərəcəyini açıqlayıb.



Danimarka Xarici İşlər Nazirliyindən verilən açıqlamada, BMT-nin 7 oktyabr hücumlarında UNRWA əməkdaşlarının iştirak etdiyinə dair İsrailin iddiaları ilə bağlı etibarlı araşdırma apardığı və təqsirləndirilən əməkdaşların vəzifələrindən uzaqlaşdırıldığı bildirilib.

Açıqlamada daha əvvəl UNRWA-ya yardımlarını müvəqqəti olaraq dayandıran Kanada və İsveçin yardımları yenidən başlatmağa qərar verdiyi, Avropa Birliyinin də yenidən yardım etməyə başladığı xatırladılıb.

Bəyanatda Danimarkanın da illik planlaşdırılmış 105 milyon Danimarka kronu məbləğində yardım göndərəcəyi və bu yardımın UNRWA-nın Qəzzada humanitar vəziyyətin yumşaldılması səylərinə dəstəyi prioritet təşkil edəcəyi qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu