BMT: İsrail və HƏMAS arasında barışıq yaxşı addımdır


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrail və HƏMAS arasında barışığın düzgün istiqamətdə atılmış addım olduğunu, lakin daha çox iş görülməli olduğunu deyib.


O İsrail və HƏMAS arasındakı qarşıdurmalara humanitar fasilə verəcək kompromis barədə yazılı açıqlama verib. Quterreş Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə əldə edilən kompromisləri alqışladığını bildirib.

BMT-nin uzlaşmanın həyata keçirilməsi və Qəzzadakı humanitar vəziyyətə müsbət təsir göstərməsi üçün hər cür səy göstərəcəyini ifadə edən Quterreş, qeyd edib ki, barışıq doğru istiqamətdə atılmış bir addımdır, lakin daha çox iş görülməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu