Dohada İsrail və Həmas arasında danışıqlar davam edir
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari bildirib ki, İsrail və HƏMAS arasında Dohada texniki qruplar səviyyəsində dolayı danışıqlar davam edir.
Bu barədə nazirliyin sözçüsü həftəlik mətbuat konfransında məlumat verib.
Ensari dolayı danışıqların yekunlaşması üçün konkret vaxt cədvəlinin olmadığına diqqət çəkib və danışıqlarla bağlı çətinliklərin olduğunu vurğulayıb.
İsrail və Qərb ölkələrinin təzyiqinə məruz qalan Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlətmə Agentliyinə (UNRWA) gəlincə, Ənsari, təkcə Qəzzada deyil, bütün bölgələrdə UNRWA-ya alternativin olmadığını bildirib.
Ənsari Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) Ramazan ayında Qəzzada dərhal atəşkəs tələb edən və daimi və davamlı atəşkəsə çevriləcək qətnamə layihəsinin qəbul edilməsinin Qəzzada atəşkəs danışıqlarına müsbət təsir edəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, Qətərin paytaxtı Dohada Misir, Qətər və ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs və əsir mübadiləsi razılaşmasına nail olmaq üçün dolayı danışıqlar davam edir.