Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı
Yaponiya Şimali Koreyanın raket buraxılışı ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclası bu gün reallaşa bilər.
Ölkənin baş naziri Fumio Kişida bildirib ki, Yaponiya Şimali Koreyanın fevralın 18-i və 20-də raket buraxılışı ilə bağlı BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsini istəyib. Onun sözlərinə görə, vəziyyəti müzakirə etmək, məlumat toplamaqda davam etmək, ayıq qalmaq, həmçinin “ABŞ və Cənubi Koreya ilə qarşılıqlı əlaqələri dərinləşdirmək” lazımdır.
İlkin məlumatlara görə, görüş bu gün Nyu-York vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 00:00) baş tutacaq.